Turanbank | Banco.az

Turanbank

 

Call center
Tel: 935

BANKIN STRATEJİ BAXIŞI

TuranBankı respublikanın bütün regional mərkəzlərində satış şəbəkəsi vasitəsi ilə bütün respublika üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən, xarici investisiyalı pərakəndəyönümlü universal bank etmək.

BANKIN BİZNES FƏLSƏFƏSİ

Bank öz biznes fəlsəfəsində aşağıdakı dəyərlərə söykənir:

  • Etibarlılıq
  • Şəffaflıq
  • Müştəri ilə tərəfdaş olmaq
  • İşçiyə ən qiymətli kapital kimi dəyər vermək
  • Cəmiyyət qarşısında korporativ sosial məsuliyyət
  • Azərbaycan iqtisadiyyatına xidmət
  • Ölkə qanunlarına riayət və hörmət

Bank bu dəyərləri özünün həm biznes, həm də institusional strategiyasında və gündəlik fəaliyyətində əsas tutur.

Bankın məqsədi komanda üzvləri və biznes tərəfdaşları ilə daimi əməkdaşlıq qurmaq, onlara özlərinə uyğun diqqət göstərməkdir.

BANKIN MİSSİYA BƏYANNAMƏSİ

TuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının investisiyalarının dəyərinin artımını təmin edən dinamik inkişaf edən etibarlı və şəffaf bankdır.

1. İnvestorlara münasibətdə

Bank, növbəti strateji dövrün sonuna əldə edilən mənfəətin bir hissəsini reinvestisiya edəcəkdir. Bundan əlavə, Bank həm bazar payının, həm aktivlərinin keyfiyyətinin, həm də biznes fəlsəfəsinin reallaşması nəticəsində imicinin artması hesabına səhmlərinin real dəyərinin davamlı artmasına nail olacaqdır. Bu mövcud səhmdarların Banka investisiyalarının artırılmasını stimullaşdırmaqla yanaşı, Bankı digər investorlar üçün cəlbedici edəcəkdir.

2. İşçiyə münasibətdə

Bank, növbəti strateji dövrdə də işçi heyətini daima diqqətdə saxlayacaq, onlara daimi və məqsədli investisiyalar qoyacaq, öz potensiallarının reallaşması üçün yuxarıdan aşağı səlahiyyət bölgüsünü təkmilləşdirəcək və nəticəyə əsaslanan motivasiya sistemlərinin tətbiqini davam edəcəkdir.

3. Müştəriyə münasibətdə

Bank, növbəti strateji dövrdə informasiya texnologiyalarına qoyulan investisiyaların nəticəsi olaraq, müştərilərinə daha operativ xidmət göstərəcək, onlara banka gəlmədən belə müxətlif çeşidli bank məhsul və xidmətlərini rəqiblərindən daha sərfəli şərtlərlə təklif edəcəkdir.

- See more at: http://www.turanbank.az/bizim-bank/missiya-v-strategiya/#sthash.cDlVuPXp.dpuf

Daha çox
Ünvan Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 85. AZ1073
Telefon + 994 (12) 510 79 11/22, +994(12) 497-25-77
Filialı 15
Bankomatlar 26
Sayt www.turanbank.az
E-poçt office@turanbank.az
CEO Nazim Sadıqov
Rekvizitlər

Hüquqi adı və forması: "TuranBank" Açıq Səhmdar Cəmiyyəti 

Hüquqi ünvanı: İsmayıl bəy Qutqaşınlı küç., 85, AZ1073 Bakı şəh., Azərbaycan 

Kod: 507462 

VÖEN: 1300016391 

Azərbaycan Respublikası Mərkəzi Bankında müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22 

Teleks: 14326 TURAN AI 

Müstəqil auditorlar: Deloitte & Touche, PWC və KPMG

Əlaqə: Tel: + 994 (12) 510 79 11/22
Faks: + 994 (12) 497 25 77 

E-poçt: office@turanbank.az 

Veb ünvan: http://www.turanbank.az 

Müəllif: Samir Abdullayev

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç