Smilecard şərtlərinə görə lider seçildi! | Banco.az

Smilecard şərtlərinə görə lider seçildi!

“Banklar və Biznes Qəzeti”- nin www.bbn.az veb portalı kredit vətaksit kartları üzrə ən sərfəli şərtlərin müəyyənləşdirilməsi məqsədi ilə banklar arasında araşdırma aparmışdır. Araşdırma bankların təklif etdiyi kredit və taksit kartlarının faiz dərəcələri və minimum gəlir tələbləri göstəricilərini əhatə edir. Nəticələrə əsasən Expressbank-ın Smilecard kredit məhsulu faiz dərəcələrinə görə ən aşağı faizli kredit kartı kimi müəyyən edilmişdir. Minimum gəlirə olan tələb şərtlərinə görə isə Smilecard ilk üçlükdədir.

"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə təqdim olunan Smilecard hər yerdə keçərli olan taksit kartıdır. Belə ki, Smilecard sahibləri dünyanın istənilən yerində kartdan istifadə edərkən (nağdlaşdırma, onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, illik faiz dərəcəsi isə 0%-dir.

Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm «cashback» (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən - Smilecard-ı ala bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Smilecard 2000 AZN-dək arta bilən taksit balansına malikdir. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də - ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə edilmə imkanıdır.

Expressbank-ın xidmətşəbəkəsi 16 filialdanibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankınölkəüzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et