“Smilecard” - sərfəli taksit kartı! | Banco.az

“Smilecard” - sərfəli taksit kartı!

Kredit almaq, alış-veriş zamanı xərclənən məbləği aylara bölərək hissə-hissə ödəmək, vəsaiti daha rahat və təhlükəsiz vasitə olan plastik kartda saxlamaq istəyənlər üçün Expressbank Smilecard taksit kartını təklif edir. 

"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" şüarı ilə təqdim olunan Smilecard hər yerdə keçərlidir. Dünyanın istənilən yerində Smilecard ilə edilən əməliyyat zamanı (nağdlaşdırma, onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, kredit üzrə illik faiz dərəcəsi isə 0% təşkil edir.

Smilecard 2000 AZN-dək arta bilən taksit balansına malikdir. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də - ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadəedilmə imkanıdır.

Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm "cashback" (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən  Smilecard-ı ala bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç