SmileCard-la istənilən zaman nağdlaşma mümkündür | Banco.az

SmileCard-la istənilən zaman nağdlaşma mümkündür

Expressbank-ın SmileCard taksit kartı ilə istənilən zaman nağdlaşma mümkündür. Bu kart, Vısa kartlarının istifadəsi mümkün olan dünyanın istənilən yerində keçərlidir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən SmileCard-ı Expressbank filiallarında dərhal əldə edə bilərlər.

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, istifadə olunan məbləğ ödənildikdə yenidən kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç