Pul xərcləyirsən, geri qaytarırlar! | Banco.az

Pul xərcləyirsən, geri qaytarırlar!

Bütün alış-veriş əməliyyatlarını Expresso kartları ilə edən Expressbank müştəriləri çox şanslıdırlar. Belə ki, onlar kart ilə xərclədikləri vəsaitlərin bir hissəsi kartlarına geri qayıdır.

Expressbank-ın digər plastik kartları kimi, Expresso kartları da ExpressClub layihəsində iştirak etdiyindən, müştərilər hər alış-veriş edərkən 20%-dək“cashback” qazanırlar. Tərəfdaş olmayan müəssisələrdə isə "cashback" xərclənən məbləğin 0,3%-ni təşkil edir.

Bundan əlavə Expresso güzəşt müddətli kredit, yığım imkanı, əlavə qazanc, sərbəst dizayn seçimi, təmassız ödəniş kimi maksimum imkanları özündə birləşdirən unikal kartdır. Üstəlik kartın hesabını istənilən vaxt Şəxsi kabinet və ya  ExpressPay ödəniş terminalları vasitəsi ilə artırmaq mümkündür. SMS-Banking xidməti isə tam pulsuzdur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et