NIKOIL| Bank-ın nizamnamə kapitalı - 184 mln. 500 min manat təşkil edəcək! | Banco.az

NIKOIL| Bank-ın nizamnamə kapitalı - 184 mln. 500 min manat təşkil edəcək!

Sentyabrın 21-də Bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və "NİKOYL" İnvestisiya-Kommersiya Bankının əsas səhmdarı TOPAZ İNVESTMENTarasında  "NİKOYL" Bankının nizamnamə kapitalının öncə elan edilən 60 mln. manat daxil olmaqla,150 mln. manatadəkartırılması haqqında ikitərəfli protokol imzalanmışdır.

Beləliklə, cari ilin oktyabr ayının sonunadək "NİKOYL" İKB ASC-nin nizamnamə kapitalı 184 mln. 500 min manat təşkil edəcək. Bankın səhmdarları və hüquqi-tənzimləyici orqanlar  tərəfindən atılan bu addım Azərbaycanın bank bazarına müsbət təsir edəcək  və "NİKOYL" Bankın daha da inamlı inkişafı üçün geniş imkan yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır.

Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

Ən sərfəli krediti almaq üçün müraciət et