Muğanbank Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlıqda yeni uğurlara imza atır | Banco.az

Muğanbank Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlıqda yeni uğurlara imza atır

«Muğanbank» ASC 1992-ci ildə yaradılmış və artıq 22 ildir ki, geniş əhali kütləsinə, müəssisə və təşkilatlara bütün növ bank xidmətləri göstərməklə ölkənin qabaqcıl maliyyə institutlarından birinə çevrilmişdir.Bank respublikamızın iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən  layihələrində fəal iştirak edir, işgüzar əlaqələrin inkişafı və müxbir münasibətlərin genişləndirilməsi istiqamətində aktiv siyasət həyata keçirir.

Muğanbank - ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2013-cü ildə Azərbaycandakı fəaliyyətinə dair hesabatlarına əsasən “Muğanbank” ASC AYİB-in Ticarətə Yardım Proqramı çərçivəsində 2013-cü ildə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görülmüşdür.AYİB-in 2014-cü ilin 14-16 may tarixlərində Varşavada keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutan təntənəli mərasimdə“Muğanbank” ASC AYİB tərəfindən mükafatla təltif olunmuşdur.

Ən son nailliyətlərdən biri kimi qeyd etmək istərdik ki, Baker & McKenzie, BCP Securities (USA) və BNP Paribas (UK) qurumlarının dəstəyi, təşkilatçılığı və iştirakı ilə Muğanbank ASC üçün Avrokommersiya qiymətli kağızları proqramı yaradılmış və həmin proqram çərçivəsində ilk notlar buraxılaraq beynəlxalq bazarda yerləşdirilmişdir. Notların emissiyasından əldə olunan pul vəsaitləri bankın ümumi inkişafı istiqamətində istifadəolunacaqdır. Xüsusilə vurğulamaq istərdik ki, Avrokommersiya qiymətli kağızları proqramı Azərbaycanda ilk dəfə Muğanbank tərəfindən beynəlxalq  bazara çıxarılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bankın 2014-cü ilin I rübünə olan maliyyə hesabatına əsasən Nizamnamə kapitalı 41.3 mln. manat, Məcmu kapital isə 51.6 mln. manat təşkil edir. Bu isə Mərkəzi Bank tərəfindən qarşıya qoyulan Nizamnamə kapitalının minimum həddinə çatmasının əsas göstəricisidir.
Qeyd edək ki, Muğanbank müştərilərinə daha keyfiyyəti xidmət göstərmək və regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaratmaq məqsədiləRespublikanın rayonlarında yeni filiallar açaraq xidmət şəbəkəsini genişləndirir.
Hal-hazırda Muğanbankın ölkə ərazisində 38 filialı və 7 şöbəsimüştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. Bankın həmçinin Moskva şəhərində də nümayəndəliyi fəaliyyət göstərir.

“Muğanbank” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər  bankın məlumat mərkəzinə,  (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. 
Həmçinin, bankın rəsmi saytı –
www.muganbank.az   Facebook  səhifəsini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış olmaq olar.   

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et