Mixail Yakunin: "ROE əmsəlı üzrə hədəfə demək olar ki, çatmışıq" | Banco.az

Mixail Yakunin: "ROE əmsəlı üzrə hədəfə demək olar ki, çatmışıq"

Bank VTB (Azərbaycan) 2013-cü ilin yekununda şəxsi kapitalın rentabelliyi (ROE) üzrə yüksək göstərici nümayiş etdirmişdir. Bu barədə Rusiyanın Bank VTB ASC-nin böyük vitse-prezidenti, Törəmə şirkətlər üzrə departamentin rəhbəri Mixail Yakunin “RİA Novosti” agentliyinə müsahibəsində bildirmişdir.  

2013-cü il üzrə xarici şəbəkənin ROE əmsalının 13,8% olduğunu qeyd edən Mixail Yakunin demişdir: “Beləliklə, biz 2011-2013-cü illər üzrə müəyyənləşdirilmiş strategiyada 15% məqsədə demək olar ki, çatmışıq”.

VTB-nin böyük vitse-prezidenti qeyd etmişdir ki, 2013-cü ildə və 2014-cü ilin əvvəlində VTB-nin Azərbaycanda olan “törəmə”si 1,1 milyard rubl məbləğində əlavə kapillaşdırılmışdır. Müvafiq dövr üzrə törəmə bankların əlavə kapitallaşmasının ümumi məbləği 3 milyard rubl həcmində olmuşdur. “Gələcəkdə biz ROE-si 15 %-dan yüksək olan bankların əlavə kapitallaşdırlmasını nəzərdə tutmuşuq”, - deyə Mixail Yakunun əlavə etmişdir.  

Ən sərfəli kredit üçün müraciət et

Bankın top-menecerinin sözlərinə görə, yeni strategiya üzrə, VTB-nin xaricdə olan törəmə banklarının hər birinin qarşısında 2016-cı ilədək ROE üzrə 15%-dan artıq göstəriciyə çatmaq məqsədi qoyulmuşdu. Bu zaman məcmu ROE 20% olmalıdır. Həmçinin, törəmə bankların VTB Qrupun miqyasında məcmu gəliri 10-12% çatmalıdır. Habelə, əməliyyat effektivliyinin artırılması, biznes proseslərin optimallaşdırılması və CIR-in azaldılması da nəzərdə tutulmuşdu.

Mixail Yakunin nəzərə çatdırmışdır ki, Azərbaycanda olan bank VTB investisiyalaşma mərhələsindədir və bankın pərakəndə şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.     

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç