“Marketing Kingdom 3”-nə start verilib | Banco.az

“Marketing Kingdom 3”-nə start verilib

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bankın sponsorluq etdiyi “Marketing Kingdom 3” adlı ölkənin ən iri marketinq tədbiri Bakıda öz işinə başlayıb. “Twitter”, “Google”, “Rolls Royce”, “Visa”, “Heineken” və “BBC”nin marketinq mütəxəssisləri tərəfindən  qlobal marketinq dünyasının ən son inkişaf meylləri və çağırışları müzakirə ediləcək.

İştirakçılar “Google” təmsilçisi Alfonso De Qaetanonun təqdimatında mobil  marketinq, “BBC” təmsilçisi Məhəmməd Kərimin təqdimatında sosial medianın qiymətləndirilməsi, “Visa International” təmsilçisi Noha Başirin təqdimatında sosial medianın gücü, həmçinin “Heineken” təmsilçisi Martina Mişeska, “Danone” təmsilçisi Hasan Kartal və  “Fox Networks” təmsilçisi Baris Zaviroğlunun təqdimatında məzmun idarəçiliyi üzrə interaktiv mühazirələr dinləyəcəklər.  

PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasovanın sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi dünya marketinq mütəxəssislərinin təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. S. Abbasova çıxışında qeyd etmişdir: “Biz əminik ki, yerli və regional mütəxəssislər marketinq sahəsində ən yaxşı dünya təcrübəsi ilə tanış olduqdan sonra, istər yerli, istərsə də regional və beynəlxalq bazarlarda istifadə olunacaq daha uğurlu marketinq strategiyalarını hazırlayacaq və öz məhsul və xidmətlərinin təşviqini daha effektiv qaydada həyata keçiriləcəklər”.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bir sıra ölkələrdə hər il keçirilən "Marketing Kingdom" peşə seminarı Avropanın ən böyük marketinq hadisələrindən biri hesab olunur. 2014-cü ildə də PAŞA Bank bu beynəlxalq tədbirin tərəfdaşı kimi çıxış etmişdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et