Kapital Bankın kredit müştəriləri üçün daha bir şad xəbər! | Banco.az

Kapital Bankın kredit müştəriləri üçün daha bir şad xəbər!

Artıq Kapital Bankın müştəriləri üçün kredit borclarını ödəmək  daha da  asanlaşdı. Bank “EPUL”, “Kassam.az” portallarına və “eManat” ödəniş sisteminə qoşulmaqla kreditlərin ödəmə üsullarını  genişləndirib. İndi Kapital Bankın müştəriləri Nağd pul kreditləri, Təcili kredit xətti və Kapitalkart taksit kartı üzrə olan borclarını daha da rahat və çevik şəkildə ödəyə biləcəklər. Qeyd edək ki, “EPUL”, “Kassam.az” və “eManat” terminalları vasitəsi ilə ödəniş edərkən, məbləğindən asılı olmayaraq müştərilərdən komissiya haqqı tutulmayacaq!

Xatırladaq ki, Kapital Bank daha əvvəl  “MilliÖn” ödəniş sisteminə və “Hesab.az” onlayn xidmətlər portalına qoşulmuşdu. Bankın müştəriləri kreditlərin ödənişini həmçinin filiallarımızda yerləşən ödəmə terminallarında və rəsmi internet səhifəmizdə ödəyə bilərlər.


EPUL” - “TechnoPay” şirkətinin lahiyəsidir. 2014-cü ildən fəaliyyət göstərir. Portalda  kommunal, mobil və stasionar rabitə, internet provayderləri, kabel televizıya və digər xidmətlər üzrə ödənişləri həyata keçirmək olar. Həmçinin www.e-pul.az saytında onlayn ödəniş sistemləri bazarında ilk dəfə olaraq kart məlumatlarının təhlükəsiz saxlanılması tətbiq edilib. Bugünədək  sistemdən 200 mindən artıq tranzaksiya həyat keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ildə bazara daxil olan “eManat” ödəmə terminalları əhaliyə kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri tez, rahat və etibarlı şəkildə ödəmək imkanını yaradır. “eManat” ödəmə sistemi  hazırda Bakı şəhəri və bölgələri əhatə etməklə 2000-dən artıq  ödəmə terminalı ilə əhaliyə xidmət göstərir. Bu terminallar həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir.

“Kassam.az”  onlayn odənişlər üçün nəzərdə tutulan proqram təminatıdır. Burada kommunal, mobil, televiziya, sığorta xidmətləri və kredit üzrə ödənişləri bank kartları vasitəsilə və ya bank kartı olmadan müvəffəqiyyətlə həyata keçirmək mümkündür. “Kassam.az” sistemi qeydiyyatsız və qeydiyyatdan keçən ödəmələri dəstəkləyir. İstifadəçilər həmçinin Elektron Pul kisəsi xidmətindən də faydalana bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et