Kapital Bankdan tibb işçilərinə özəl kredit | Banco.az

Kapital Bankdan tibb işçilərinə özəl kredit

Kapital Bank 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçiləri üçün özəl kredit kampaniyası elan edib.

17 iyun tarixindən 30 iyun tarixinə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən tibb işçiləri indi 36 ayadək müddətə, maksimim 10.000 manata qədər kredit ala bilərlər. Üstəlik, kreditə görə heç bir komisyon haqq tutulmur.

Kapital Bank nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri Bankın filial və şöbələri ilə bərabər, Banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə və MilliÖN şəbəkəsi vasitəsilə də də həyata keçirmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər bu sərfəli krediti Kapital Bankın filiallarında həftəiçi hər gün saat 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 10 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et