Kapital Bankdan hamı üçün kredit | Banco.az

Kapital Bankdan hamı üçün kredit

Artıq Kapital Bankdan əmək haqqı və təqaüd kartı olmayan müştərilərə də kreditlər verilir. Kapital Bank böyük məmnuniyyətlə “Hamıya Kredit” adlı yeni kredit məhsulunu təqdim edir.

Müştərilər 15000 AZN-dək krediti 1% komissiya ilə Bankın  1 saylı Səbail, 2 saylı Nəsimi, 1 saylı Xətai, 2 saylı Nizami və Rabitə filiallarından əldə edə bilər. Sərfəli şərtlərlə  36 ay müddətinədək təklif edilən kredit məhsulunun illik faiz dərəcəsi 27,02 %-dən başlayır. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) isə 29% təşkil edir. Yaşı 18-dən 65-dək olan Azərbaycan Respublikasının vətəndaşları yeni kredit növündən yararlana bilərlər. Şərtlərə görə, kredit əldə etmək üçün Kapital Bankın əmək haqqı və ya təqaüd kartı olan müştərinin zaminliyi tələb olunur.

Kredit üzrə ödənişlər annuitet qaydasına əsasən, aylıq bərabər hissələrlə həyata keçirilir.  Müştərilər kredit ödənişini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminalları vasitəsilə də həyata keçirə bilərlər. Borcları həmçinin Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  ödəmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

“Hamıya kredit” məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et