Kapital Bank “Müştəri-Bank” xidmətini yenilədi | Banco.az

Kapital Bank “Müştəri-Bank” xidmətini yenilədi

Kapital Bank “Asan İmza” xidmətini tətbiq edərək “Müştəri-Bank” xidmətini yenilədi

Kapital Bankın xidmətlərindən istifadə imkanları daha da genişlənib. Bankın öz korporativ müştəriləri üçün düşündüyü “Müştəri-Bank”xidmətində müəyyən dəyişikliklər edilib. Bu xidmətdən istifadə indi daha rahat və funksional olub. Kapital Bankın bu xidməti “Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. Bu da o deməkdir ki, Bankın müştərisi olan hüquqi şəxslər, fərdi sahibkarlar iş yerlərini, evlərini tərk etmədən real vaxt rejimində lazımi bank əməliyyatlarını internet vasitəsilə həyata keçirə bilərlər və ödənişlərin icrasına sərf olunan vaxt minimuma enir.

“Müştəri Bank” xidməti aşağıdakı əməliyyatların aparılmasına imkan verir: cari hesabların müşahidəsi; hesablar üzrə hesabdan çıxarışların hazırlanması; ödəniş tapşırıqlarının hazırlanması; ödəniş tapşırıqlarının avtorizasiyası; hazırlanmış ödəniş tapşırıqlarının şablon kimi yaddaşda saxlanması və gələcəkdə onlardan istifadə; müştərinin kredit və depozit hesabları üzrə məlumatın alınması; valyuta məzənnəsi haqqında məlumatın alınması. “Müştəri-Bank” xidməti əməliyyat gününün sonunadək göndərilən sənədlərin gün ərzində icrasına zəmanət verir. Ödəniş sənədlərinin tərtibi zamanı hər hansı səhvin qarşısını alır. İstənilən səviyyədə olan istifadəciyə sadə və asan interfeys təmin edir. Üstəlik bu sistemdən istifadə üçün əlavə proqram təminatına da ehtiyac yoxdur. Kompüterin, internetə çıxış imkanının və standard internet brauzerin olması kifayətdir.

“Asan İmza” haqqında

“Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az

Ən sərfəli kredit üçün müraciət et

“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

“Kapital Bank” haqqında

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 6 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et