Jurnalistlərimiz London səfərindən qayıtdı | Banco.az

Jurnalistlərimiz London səfərindən qayıtdı

Yerli media nümayəndələrinin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsinə yönəldilmiş işgüzar jurnalistikanın inkişaf etdirilməsi üzrə növbəti layihə uğurla başa çatmışdır. Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın "British Council" və "Thomson Foundation" ilə əməkdaşlıq əsasında həyata keçirdiyi layihə, jurnalistlərin Böyük Britaniyaya bir həftəlik ezamiyyəti ilə yekunlaşdı.

Bu müddət ərzində Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri "The Telegraph", "BBC" kimi dünyaca məşhur media holdinqlərinin redaksiyalarında olmuş, öz xarici həmkarlarının təcrübəsi ilə yanaşı, bu ölkənin media strukturlarının iş prinsipləri ilə tanış olmuş və  Lordlar Palatasına, London Fond Birjasına və s. məkanlara işgüzar səfərlər etmişdirlər.

Layihənin başlıca məqsədi, avropalı həmkarların çoxillik təcrübəsi ilə tanış olub, əldə etdikləri bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar səviyyədə məlumatların təhlili və yayımlanması, eləcə də, iqtisadi və biznes mövzularını işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Bu cür layihələrin həyata keçirilməsi PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et