İş üçün gəl, karyera üçün qal | Banco.az

İş üçün gəl, karyera üçün qal

Fevralın 27-də Kapital Bank, ADA Universitetində  I-IV kurs və magistr tələbələri arasında keçirilən və artıq ənənəyə çevrilən üçüncü "Career Fair" tədbirinə qatılıb. Bununla ADA Universiteti, peşəkar əmək bazarında tələbələri gələcək karyera imkanları ilə birləşdirən körpü rolunu oynayıb.

Kapital Bankın "Human Kapital Center"nin əməkdaşları tələbələri  ölkənin aparıcı banklarından olan Kapital Bankda işə qəbul, karyera inkişafı və təcrübə proqramları barədə məlumatlandırıblar. Müxtəlif fakültələrdə təhsil alan 60-dan çox gənc, "Human Kapital Center" əməkdaşları tərəfindən işə qəbul və karyera imkanları barədə məlumatlandırılmış və onları maraqlandıran suallar cavablandırmışdır. Kapital Bank yarmarkada “İş üçün gəl, karyera üçün qal” şüarı ilə iştirak etmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et