Həzz Kart-dan bayram hədiyyəsi! | Banco.az

Həzz Kart-dan bayram hədiyyəsi!

“Həzz Kart” sahibləri üçün AGBank-dan xoş xəbər! Milli Qurtuluş Günü münasibəti ilə iyun ayının 13-dən 16-dək “Həzz Kart” vasitəsi ilə nağdlaşdırma əməliyyatlarını  da həyata keçirmək mümkün olacaq. Belə ki, “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil nağd pul ehtiyacınızı ödəmək üçün də istifadə edə biləcəksiniz.

Nağlaşdırmanın komissiya haqqı 5% təşkil edir.

“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunan faizsiz kredit kartıdır. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. Həzz Kart bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.

Həzz Kart-ın tərəfdaşlar siyahısı ilə aşağıdaki linkə keçərək tanış ola bilərsiniz: http://www.agbank.az/index.php?/az/content/465/

Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi  hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslar bankın tərəfdaş şəbəkəsi daxilində istifadə oluna bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bayram hədiyyəsi bununla da bitmir, “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən “Uduşlu kupon” qazanmaq şansınız da var. Belə ki, bu kampaniya çərçivəsində AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Azərbaycanda və bütün dünyada istənilən bankın plastik kart istifadəçisi AGBank-a məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əskinaslarının arasında “Uduşlu kupon”-u əldə edə bilər. Bu səbəbdəndir ki, digər bank istifadəçiləri də, nağd pul çıxararkən AGBank –ın bankomatlarına üstünlük verirlər.

“Həzz Kart” ilə bayramdan zövq alın!

Bayramınız mübarək! 

Ən sərfəli krediti almaq üçün müraciət et