“FitchRatings” PAŞA Bankın yüksək reytinqini təsdiq edib | Banco.az

“FitchRatings” PAŞA Bankın yüksək reytinqini təsdiq edib

Bakı, 14mart,2016 il.Beynəlxalq reytinq agentliyi “FitchRatings” Azərbaycanın ən iri banklarından biri – PAŞA Bankın reytinqini təsdiq edib.

Belə ki, Bankın uzunmüddətli emitentin defoltu reytinqini  (EDR) "BB-", qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq edilib. Bankın dayanıqlıq reytinqi "B+", dəstək reytinqi isə "3", uzunmüddətli EDR-in saxlanılması səviyyəsi "BB-" səviyyəsində təsdiq olunub.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, real sektorun etibarlı partnyoru olan Bankın fəaliyyəti 2015-ci ildə iqtisadiyyatda baş vermiş dəyişiklikləri nəzərə alaraq kifayət qədər uğurlu olub və bu, beynəlxalq agentliyin təsdiq etdiyi reytinqdə öz əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

“Regionda müşahidə olunan gərgin makroiqtisadi fona baxmayaraq, “FitchRatings” Bankımızın güclü bazar mövqelərini təsdiq edir. “Azərbaycan-Gürcüstan-Türkiyə” iqtisadi üçbucağı çərçivəsində PAŞA Bank gələcəkdə də öz müştərilərinə hərtərəfli dəstək göstərəcək və onlara işlədikləri ölkələrdə öz biznesləri üçün rəqabət üstünlüklərini əldə etməyə kömək edəcək”, - T.Kazımov bildirib.

Xatırladaq ki, 2015-ci ildə “FitchRatings” PAŞA Bankın reytinqini “В+”-dan “ВВ-”-dək yüksəldilməsi haqqında qərar qəbul etmişdir. Bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir. 

Ən sərfəli krediti almaq üçün müraciət et