“Fitch Ratings” agentliyi Expressbank-ın reytinqini endirmədi | Banco.az

“Fitch Ratings” agentliyi Expressbank-ın reytinqini endirmədi

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Expressbank-ın “B” reytinqini “stabil” proqnozu ilə təsdiqləyib. Builki qiymətləndirmə zamanı Azərbaycanın bir sıra iri banklarının reytinqləri endirilsə belə, Expressbank stabil olaraq qalıb və bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən biri hesab olunur.

Agentliyin mütəxəssisləri bildiriblər ki, neftin qiymətinin ucuzlaşdığı və milli valyutanın devalvasiyası dönəmində Expressbank likvidlik baxımından güclü mövqeyə sahibdir. Gələcək qiymətləndirmələr zamanı isə əldə olunacaq nailiyyətlər və göstəricilər nəzərə alınacaq və bu da reytinqin artırılmasına zəmin yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2014-cü ilin avqust ayında Fitch Ratings agentliyi reytinq təqdim edərkən Bankın ümumi fəaliyyətini qiymətləndirib: Bankın aktivləri, kredit portfeli, əmanətlər, bazardakı mövqeyi, risklərin idarəolunması və digər meyarlar əsas götürülüb. 

Ən sərfəli krediti almaq üçün müraciət et