Fitch Ratings agentliyi Expressbank-a reytinq verib | Banco.az

Fitch Ratings agentliyi Expressbank-a reytinq verib

Fitch Ratings beynəlxalq reytinq agentliyi Expressbank-da apardığı qiymətləndirmənin yekunu olaraq Banka “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən hesab edilir.

Fitch Ratings agentliyi reytinq təqdim edərkən Bankın ümumi fəaliyyətini qiymətləndirib: Bankın aktivləri, kredit portfeli, əmanətlər, bazardakı mövqeyi, risklərin idarəolunması və digər meyarlar əsas götürülüb.

Agentliyin mütəxəssisləri bildiriblər ki, gələcək qiymətləndirmələr zamanı  əldə olunacaq nailiyyətlər və göstəricilər nəzərə alınacaq və bu da reytinqin artırılmasına zəmin yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si paytaxt Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et