“FINCA Azerbaijan” yenilənmiş korporativ saytını təqdim etdi | Banco.az

“FINCA Azerbaijan” yenilənmiş korporativ saytını təqdim etdi

“FINCA Azerbaijan” yenilənmiş korporativ veb-saytını yeni ünvanda istifadəyə verib.  Müasir dizaynı, innovativ üstünlükləri və istifadədə asan olması ilə fərqlənən yenilənmiş veb-sayt bundan sonra www.FINCA.az ünvanında fəaliyyət göstərəcək. 

“FINCA Azerbaijan”ın internet saytı müasir tələblərə uyğun olaraq responsive dizaynda hazırlanıb və multimedianı tam dəstəkləyir. Müştərilər istər şəxsi kompyuterlərindən, istər smartfonlarından, istərsə də planşetlərindən istifadə edərək sayta daxil ola biləcək və sayt avtomatik olaraq istifadə edilən qurğuya uyğun olaraq onun formasını alacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda yenilənmiş  sayt vasitəsi ilə müştərilər online rejimdə kreditlərini seçib sifariş verə, öz təklif və şikayətlərini bildirə və qısa zamanda cavab ala biləcəklər. Karyerasını “FINCA Azerbaijan”la qurmaq istəyənlər isə sayt üzərindən ərizə ilə iş üçün müraciət etmək imkanına sahibdirlər.

““FINCA Azerbaijan” hər zaman müştərilərini düşünür və onların istək və ehtiyaclarını nəzərə alır. Yeni dizaynda veb-saytımız müştərilərin rahatlılığını təmin etməklə yanaşı, onlara yeni kredit məhsulları barəsində məlumatların çatdırılmasında mühüm rol oynayacaqdır”,- deyə Qeyri-Bank Kredit Təşkilatının direktoru Timoti Tarrant bildirib. 

Ən sərfəli krediti almaq üçün müraciət et