“FINCA Azerbaijan” yaşıllaşdırma aksiyaları təşkil edir | Banco.az

“FINCA Azerbaijan” yaşıllaşdırma aksiyaları təşkil edir

Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı ənəvi olaraq hər il ölkənin müxtəlif bölgələrində yaşıllaşdırma aksiyaları təşkil edir. Bu ilin mart ayında “FINCA Azerbaijan”ın Salyan, Goranboy, Lənkəran, İsmayıllı və Tovuz filialları tərəfindən yaşıllaşdırma aksiyalarına təşkil olunacaqdır.

İlk ağacəkmə aksiyası Salyan filialı tərəfindən şəhərin Bayraq Meydanında keçirildi. “FINCA Azerbaijan”ın Salyan filialının işçi heyətinin, yerli İcra Hakimiyyəti orqanının və Yaşıllaşdırma İdarəsinin nümayəndələrinin iştirakı ilə 100 ədəddən çox küknar ağacı əkildi.

Qeyd edək ki, növbəti həftə ərzində “FINCA Azerbaijan”ın Lənkəran, İsmayıllı və Goranboy filialları da ağacəkmə aksiyalarına qoşulacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

15 il Azərbaycanda fəaliyyət göstərən “FINCA Azerbaijan” QBKT yarandığı tarixdən bu günədək müştərilərinə 800 milyondan artıq ABŞ dolları məbləğində kreditlər verib. Təşkilat ölkə ərazisində 65 filial vasitəsilə 150,000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. “FINCA Azerbaijan”ın ümumi kredit portfeli 190 milyondan artıq ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə “FINCA Azerbaijan” təkcə ən böyük mikro-maliyyə təşkilatı deyil, həmçinin, ölkənin ən böyük bankları arasında yer alır.

Ən sərfəli krediti almaq üçün müraciət et