“FINCA Azerbaijan” “Qənaət fikirləri” adlı aksiyaya yekun vurdu | Banco.az

“FINCA Azerbaijan” “Qənaət fikirləri” adlı aksiyaya yekun vurdu

“FINCA Azerbaijan” pul yığımı və qənaətcillik mədəniyyətini aşılamaq, bu istiqamətdə maarifləndirmə işinə dəstək olmaq üçün “Qənaət fikirləri” adlı aksiya keçirmişdir. Təşkilatın Facebook səhifəsi vasitəsi ilə həyata keçirilmiş aksiyada bir ay boyunca insanların aylıq xərclərinə qənaət etməsinin  mümkün olduğunu nümayiş etdirən 30 yol haqqında müxtəlif  praktik məlumatlar verilmişdir.

Bu aksiyanın sosial şəbəkə vasitəsi ilə həyata keçirilməsinin əsas məqsədi insanlar arasında qənaətcillik mədəniyyətini aşılamaq və bunun real olmasını nümayiş etdirən praktik 30 ən sadə yolunu göstərmək idi. Aksiya zamanı, müxtəlif poster dizaynlarından istifadə olunmuş və hər ayın sonu aylıq xərclərə 150 AZN qənaət edilməsinə nail olunması üçün müxtəlif praktik addımlar təklif olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Qənaət fikirlərini daha yadda qalan və hazırkı iqtisadi şəraitdə daha mühüm olmasını nümayiş etdirmək üçün video da hazırlanmışdır. Videoda “FINCA Azerbaijan” müştərilərindən ay ərzində 150 AZN qənaət edilməsinin mümkünlüyünə dair soğru keçirilmiş və bu qənaətlə hansı ehtiyaclarını qarşılamaq arzusunda olduqları soruşulmuşdur.                                       

Aksiya barədə daha ətraflı məlumatla “FINCA Azerbaijan”ın Facebook səhifəsində tanış ola və videonu isə bu linkdə izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=Y7oexFA4ZR0&feature=youtu.be

Ən sərfəli krediti almaq üçün müraciət et