"FINCA Azerbaijan" fəaliyyətini genişləndirir | Banco.az

"FINCA Azerbaijan" fəaliyyətini genişləndirir

“FINCA Azerbaijan” Balakən filialının Yeni Ofisinin Açılış Mərasimini Həyata Keçirdi

Azərbaycanın bütün regionlarında kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı 02 Sentyabr 2014-cü il tarixində Balakən filialının yeni ofisinin açılış mərasimini həyata keçirdi. Açılış mərasimində təşkilatın rəhbər şəxsləri ilə yanaşı, yerli İcra Hakimiyyəti, həmçinin müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri və müştərilər iştirak etmişdilər.

Müştərilərinə ən yüksək səviyyədə xidmətin göstərilməsi və onların rahatlığının təmin olunmasına çalışan FINCA Azerbaijan müasir standartlara cavab verən Balakən filialının yeni ofisi vasitəsilə 3000 nəfərdən çox aktiv müştəriyə kənd təsərrüfatı və biznes kreditlərini təqdim etməkdə davam edir. 16 nəfərdən ibarət işçi heyəti ilə 8 ildən artıq regionda fəaliyyət göstərən filialın müştərilərinin əksəriyyəti əsasən ticarət, təsərrüfat, heyvandarlıq ilə məşğul olan kiçik və orta sahibkarlardır. 3,7 milyon ABŞ dolları məbləğində kredit portfelinə malik olan Balakən filialı müştərilərinə müxtəlif kredit məhsulları təklif etməklə onların şəxsi bizneslərinin inkişaf etdirilməsi ilə yanaşı, həmçinin ailələrinin maddı vəziyyətinin daha da yaxşılaşdırılmasına köməklik göstərir.

Ən sərfəli kredit üçün müraciət et

FINCA Azerbaijan hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 65 filial vasitəsilə 155.000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. 

Ən sərfəli krediti almaq üçün müraciət et