“FINCA Azerbaijan” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün kreditlərə 4%-ə qədər Endirim Kampaniyasına start verdi! | Banco.az

“FINCA Azerbaijan” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün kreditlərə 4%-ə qədər Endirim Kampaniyasına start verdi!

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 3-14 mart tarixlərində xüsusi kampaniyanın icrasına başlamışdır. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 4%-dək endirimlərdən faydalana biləcəklər.

Bütün Azərbaycan xanımlarına şəxsi bizneslərinin qurulması və davamlı inkişaf etdirilməsində hər zaman dəstək göstərməyə hazır olan “FINCA Azerbaijan” heyəti onları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi və iş həyatlarında yeni-yeni uğurlar, daha da böyük nailiyyətlər arzulayır.

Ən sərfəli kredit üçün müraciət et

 Bildirmək istərdik ki, “FINCA Azerbaijan”ın ümumi müştərilərinin 30%-ni məhz xanımlar təşkil edir. Hal-hazırda təşkilat ölkənin bütün regionlarını əhatə edən 65 filialı vasitəsilə 150,000 nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərir.

Kampaniya haqqında daha ətraflı məlumatı “FINCA Azerbaijan”ın *2525 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və www.fincaazerbaijan.com saytına daxil olmaqla əldə etmək olar. 

Ən sərfəli krediti almaq üçün müraciət et