ExpressPay-dən pulsuz danışıq dəqiqələri qazanın | Banco.az

ExpressPay-dən pulsuz danışıq dəqiqələri qazanın

ExpressPay ödəniş terminalları vasitəsilə Ulduzum abunəçiləri, Bakcell nömrələrinə minimum 2 AZN ödəniş etdikdə 2 dəqiqə, minimum 3 AZN yüklədikdə 3 dəqiqə, 5 AZN və daha çox yüklədikdə isə 5 dəqiqə pulsuz şəbəkədaxili danışıq vaxtı hədiyyə qazanırlar.

Ətraflı məlumat üçün 830 yazıb, 5555 nömrəsinə pulsuz SMS göndərmək lazımdır.

Hazırda ödəniş terminallarında Expressbank-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişləri, EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, PAŞA Sığorta, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom–BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

ExpressPay ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et