Expressbank yeni filialını açdı | Banco.az

Expressbank yeni filialını açdı

Expressbank-ınElmlər Akademiyası metro stansiyasının yaxınlığında yeni Elmlər filialı fəaliyyətə başlayıb.Yeni filial Bakı Dövlət Universiteti ilə üzbəüz, F. Ağayev küçəsi, 5 ünvanında yerləşir.

“Expressbank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində yeni filialını müştərilərin istifadəsinə verdi. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də gediş-gəlişin asan olması məqsədilə metro stansiyasının yaxınlığında fəaliyyətə başlayıb. Bankın Elmlər filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir”, - deyə, Expressbank-ınBiznesin İnkişafı departamentinin direktoru Mehriban Ocaqquliyevabildirib.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ınpaytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç