Expressbank manatla kiçik və orta biznes kreditləri təklif edir | Banco.az

Expressbank manatla kiçik və orta biznes kreditləri təklif edir

Daim sahibkarlara dəstək olan Expressbank kiçik və orta sahibkarlığın inkişafı üçün sərfəli şərtlərlə, milli valyutada biznes kreditləri təklif edir.

Kiçik və orta biznes kreditləri 500 AZN-dən 30.000 AZN-dək məbləğdə olmaqla 30 aya dək müddətə verilir. İllik 25%-dən başlayan şərtlərlə verilən kreditlərdə nəinki daşınmaz əmlak, həm də zamin və qızıl da təminat qismində çıxış edə bilər.

Expressbank həmçinin biznesin təhlili əsasında mövsümlülük faktoru nəzərə alınmaqla 6 ayadək güzəşt müddətinin tətbiq edilmə imkanını da təklif edir. Bu sahibkarlara kreditin ilk aylarında maddi resurslarından daha səmərəli istifadəyə imkan verir.

Xatırladaq ki, Expressbank müxtəlif istiqamətlərdə kredit məhsulları təklif edir. Belə ki, biznes kreditlərindən əlavə özəl və dövlət sektorunda çalışan işçilər üçün nağd pul istehlak kreditləri, Smilecard taksit kartı və s. məhsullar mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakıvə Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et