Expressbank maliyyə nəticələrini açıqlayıb | Banco.az

Expressbank maliyyə nəticələrini açıqlayıb

Expressbank 2015-ci ilin üçüncü rübünün nəticələrini elan edib

Expressbank-ın aktivləri 1 oktyabr 2015-cü il tarixinə 286,6 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 25,6 mln. manat və ya 12,2%  artaraq 235,9 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2015-ci il tarixinə 100,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 55,1 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 8,1% çoxdur.

Bankın 1 oktyabr 2015-ci il tarixinə məcmu kapitalı isə 141,2 mln. manat təşkil edib.

Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et