Expressbank-la Hesab.az daha sərfəlidir | Banco.az

Expressbank-la Hesab.az daha sərfəlidir

Azərbaycanın ən böyük onlayn ödəniş portallarındanbiri olan Hesab.azsaytında Expressbank – ın plastik kartları ilə ödəniş edərkən müştərilər əlavə fürsətlərdən faydalana bilərlər. Belə ki, Expressbank-ın MasterCard və ya Maestro kartları ilə Hesab.az – da Azercell və Bakcell balansını ən azı 5 AZN məbləğində artıran bütün müştərilər pulsuz 10 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcəklər!

Kampaniyadan faydalanmaq üçün Hesab.az portalında “Mobil” bölməsinə daxil olaraq ödəniş vasitəsi kimi Mastercard/Maestro seçmək və balansı Expressbank-ın müvafiq kartları ilə ən azı 5 AZN məbləğində artırmaq kifayətdir.

Aksiya 21 dekabr 2016-cı il tarixinədək davam edir. Bonus dəqiqələr yüklənilən andan şəbəkədaxili zənglərdən Bakcell abunəçiləri 3, Azercell abunəçiləri isə 30 gün ərzində istifadə edə bilər. Kampaniyadan Hesab.az portalında qeydiyyatdan keçmiş bütün istifadəçilər faydalana bilər.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxil ilə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıqExpressPayödənişterminalıvardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç