“Expressbank” intellektuallarının qələbəsi. | Banco.az

“Expressbank” intellektuallarının qələbəsi.

18 yanvar 2014-cü il tarixində Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatı dəstəyi ilə “Modern Hotel”də “Expressbank”-ın əməkdaşları arasında “Kim?Harada?Necə?” oyunu keçirilmişdir.

“Expressbank”-ın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov və İdarə Heyətinin sədri Emin Məmmədov tədbirə təşrif buyuraraq əməkdaşlara mənəvi dəstək olmuşlar. Oyun başlamamazdan öncə Fəxrəddin Bağırov çıxış edərək, ümumilikdə komanda ruhunun möhkəmləndirilməsinə yönəldilmiş bu növ tədbirlərin keçiriləməsi təşəbbüsünü alqışladı və bütün oyun iştirakçılarına uğurlar dilədi.

109 iştirakçı arasında püşkatma yolu ilə 17 komanda müəyyən olundu.

3 turdan ibarət oyunun nəticələri münsiflər heyəti tərəfindən qiymətlədirilərək 1, 2, 3-cü yerlər üzrə komandalar seçildi.

Ən sərfəli kredit üçün müraciət et

Qalib komandalar kuboklar, qızıl, gümüş və bürünc medallarla təltif olundular. Bununla yanaşı qaliblərə diplomlar da təqdim olundu.

Sonda İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək qalibləri təbrik etdi və   oyundan razı qaldığını qeyd edərək, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

 

Ən sərfəli krediti almaq üçün müraciət et