Expressbank-ın MasterCard sahibləri endirim əldə edə bilərlər | Banco.az

Expressbank-ın MasterCard sahibləri endirim əldə edə bilərlər

Expressbank-ın Maestro və MasterCard sahibləri “Qiymətsiz üstünlüklər” aksiyası çərçivəsində bir sıra ticarət / əyləncə mərkəzlərində endirim əldə edə bilərlər. Aksiya 1 sentyabr – 31 dekabr 2015-ci il tarixlərini əhatə edir.

Aksiyanın şərtlərinə görə müştərilər İdeal parfümeriya və kosmetika mağazalarında (www.ideal.az), MyBrands (www.mybrands.az) mağazalar şəbəkəsində, Schwarkzopf gözəllik salonunda və Beat Group şəbəkəsində (www.beat.az) ödəniş edən zaman 10% endirimdən bəhrələnə bilərlər.

Expressbank müştərilərə 6 AZN-dən başlayaraq MasterCard kartlarını təqdim edir. Hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et