Expressbank-ın 1300-dək müştərisi hədiyyə qazanıb | Banco.az

Expressbank-ın 1300-dək müştərisi hədiyyə qazanıb

Xəbər verdiyimiz kimi Expressbank bank kartlar üzrə Visa ilə birgə aksiya keçirirdi. Aksiyanın mart ayı üzrə qalibləri müəyyən olunub. Expressbank-ın 2 müştərisi planşet və smartfon, 538 nəfər isə flash card qazanıb.

3 ay davam edən aksiya çərçivəsində ümumilikdə 3 müştəri planşet, 3 müştəri smartfon, 1256 nəfər isə flash card qazanıb. Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biliblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müştərilər Visa Electron kartını 6 AZN, Visa Classic kartını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et