Expressbank elektron arayışlar əsasında kreditlər təklif edir | Banco.az

Expressbank elektron arayışlar əsasında kreditlər təklif edir

Expressbank Elektron Hökümət portalına qoşularaq, müştərilərə kreditləri elektron arayışla təklif edir. Hazırda Expressbank-ın bütün filiallarında e-arayışlardan istifadə etmək mümkündür.

Bu xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Elektron arayışı həmçinin Expressbank filiallarından da almaq olar. Banka gələn müştərilərə “Windows 8.1” əməliyyat sistemi üzərində işləyən planşetlər təqdim olunur və müştərilər bu planşetlər vasitəsilə elektron arayışlar əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Expressbank müştərilərə müxtəlif növ kreditlər təklif edir. Müştərilər Expressbank filiallarına müraciət etməklə, maksimum 36 müddətə kredit rəsmiləşdirə bilərlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et