Expressbank daha bir neçə yeni filial açmaq niyyətindədir | Banco.az

Expressbank daha bir neçə yeni filial açmaq niyyətindədir

Expressbank müştəri xidmətini inkişaf etdirir

Expressbank ölkə üzrə xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Yaxın zamanlarda Bankın bir neçə yeni filialı açılacaq, o cümlədən ExpressPay terminallarının, bankomatların və POS terminalların sayı artırılacaq.

Bir müddət əvvəl sayca 18-ci filialını rəsmən təqdim edən Expressbank, daha bir neçə yeni filial açmaq niyyətindədir. Hazırda Elmlər və Əhmədli filiallarında son tamamlanma işləri aparılır. Bundan başqa həmçinin bir neçə filial daha rahat və yeni ofislərə köçürüləcək. Filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdirlər.

Müştəri xidməti keyfiyyətinə böyük önəm verən Expressbank, yeni filialların açılması ilə yanaşı, həmçinin digər rahat xidmət növləri də təqdim edir. Hazırda Bankın rəsmi İnternet saytı hazırlanır və yaxın zamanlarda müştərilərin ixtiyarına veriləcək. Saytda bir sıra yeni onlayn xidmət növləri olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç