«Expressbank» ASC-nin Bakı şəhərində yeni “Cəfər Cabbarlı” filialı fəaliyyətə başlamışdır. | Banco.az

«Expressbank» ASC-nin Bakı şəhərində yeni “Cəfər Cabbarlı” filialı fəaliyyətə başlamışdır.

Daima yenilikləri tətbiq edən və müştərilərin rahatlığını düşünən Expressbank, Yeni il ərəfəsində daha bir sevindirici xəbərlə qarşınızda. Artıq “Nizami” metro stansiyası yaxınlığında Cəfər Cabbarlı küçəsində “Expressbank”-ın yeni “Cəfər Cabbarlı” filialı fəaliyyətə başlamışdır. Filialda müştərilərə rahat xidmət zonası təşkil olunmuş və günün 24 saatı fəaliyyət göstərən bankomat və ödəniş terminalları quraşdırılmışdır. Bundan əlavə filialda fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, depozitlərin qəbulu, bank kartları, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri göstərilir. Filial həftənin 5 günü, saat 9.00-dan 18.00-dək nahar fasiləsiz fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumat üçün “Expressbank”-ın 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

“Expressbank”-ın fəaliyyəti və kampaniyaları baradə daha geniş və ətraflı məlumatla www.expressbank.az  saytında və ya “Expressbank”-ınwww.facebook.com/Expressbank rəsmi facebook səhifəsində tanış olmaq olar.

Expressbank – İşiniz rahat getsin!

Ən sərfəli krediti almaq üçün müraciət et