“Energocredit”lə alınmış məhsulların 10 faizi müştərilərə geri ödənilir | Banco.az

“Energocredit”lə alınmış məhsulların 10 faizi müştərilərə geri ödənilir

“Energocredit” layihəsi çərçivəsində müştərilər tərəfindən “Energocredit”lə alınmış məhsulların dəyərinin 10%-i onlara nağd şəklində geri ödənilir. Bununla yanaşı, müştərilərə mütəxəssislərin pulsuz tekniki dəstəyindən yararlanmaq imkanı da verilir.

 “Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB)  tərəfindən tətbiq edilən “Energocredit” layihəsinin məqsədi daha səmərəli texniki avadanlıq,  materiallar və məişət avadanlıqları əldə etməklə, yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmələrinə yardımcı olmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “DəmirBank” “Energocredit” layihəsinə bu ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon ABŞ dolları ayırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et