“DəmirBank”dan pulsuz plastik kartlar! | Banco.az

“DəmirBank”dan pulsuz plastik kartlar!

“DəmirBank” ölkə daxilində və dünyanın 200-dək ölkəsində ticarət və xidmət mərkəzlərində, internetdə və bankomatlarda istifadə imkanı verən DəmirTaksit kartlarını pulsuz təqdim edir.

Kart vasitəsilə balansdakı məbləği  istənilən zaman nağdlaşdırmaq mümkündür. Bu o deməkdir ki, kart sahiblərinin nağdlaşdırma üçün hər hansı bayram və ya xüsusi günləri gözləməsinə ehtiyac qalmır.

Kart heç bir partnyor şəbəkəsindən asılı deyil və bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir. DəmirTaksit sahibləri olanlar üçün ən böyük üstünlüklərdən biri də odur ki, kartdan istifadə zamanı ödənilən məbləği 1,3,6 və 12 aya bölərək hissələrlə ödəmək imkanı əldə edilir. Digər bir üstünlük isə müştərinin “DəmirBank”dan  əldə etdiyi  DəmirTaksit kartlarının  avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulmasıdır. Bu xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.

Ən sərfəli kredit üçün müraciət et

Kartı əldə etmək üçün minimal aylıq xalis gəlir tələbi 100 AZN-dir və təminat tələb olunmur.

Ən sərfəli krediti almaq üçün müraciət et