DəmirBank yeni “Güzəştli kredit” adlı kredit aksiyasına başlayıb | Banco.az

DəmirBank yeni “Güzəştli kredit” adlı kredit aksiyasına başlayıb

DəmirBank nağd pul krediti götürmək istəyənlər üçün “Güzəştli kredit” adlı kredit aksiyasına başlayıb. Aksiya 15 oktyabr 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə 3000 AZN-dək nağd pul kreditinə illik faiz dərəcəsində 10% endirim təqdim edilir. Bundan başqa müştəriyə DəmirTaksit kartı pulsuz təqdim olunur.

Aksiya avtomobil, ipoteka, təkrar müştərilərə kredit və depozit əsaslı kreditlərə şamil edilmir. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et