DəmirBank səhmdarlarının növbəti yığıncağını keçirəcək | Banco.az

DəmirBank səhmdarlarının növbəti yığıncağını keçirəcək

DəmirBank 28 iyun 2014-cü il tarixdə səhmdarların növbəti ümumi yığıncağını keçirəcək. Yığıncaq Bakı şəhəri, Təbriz küçəsi 19 ünvanında, Təfəkkür Universitetinin akt zalında baş tutacaq.

Tədbirdə müzakirə olunacaq əsas məsələlərdən biri Bankın kənar auditor tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatının səhmdarlar tərəfindən müzakirə edilməsidir.

Həmçinin yığıncaqda Müşahidə Şurasında təmsil olunan xarici səhmdarlardan birinin nümayəndəsinin mandatının bitməsi ilə əlaqədar olaraq yeni nümayəndə səhmdarlara təqdim ediləcək. Eyni zamanda İdarə Heyətinin beşinci üzvü Bankın Səhmdarlarına təsdiq üçün təqdim olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa yığıncaqda xarici maliyyə təşkilatları tərəfindən cəlbetmələr üzrə bağlanacaq əhəmiyyətli əqdlərin müzakirəsi, mənfəətin bölüşdürülməsi və digər məsələlər də müzakirə olunacaq.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et