DəmirBank nəğdsiz ödənişlərin lideridir. | Banco.az

DəmirBank nəğdsiz ödənişlərin lideridir.

Cari ilin sentyabr ayında VİSA-nın partnyor şirkətinin dəstəyi ilə ödəniş kartlarının aktivləşdirilməsi sahəsində təqdimat keçirilmişdir. VISA  ödəniş  sistemi tərəfindən "DəmirBank" ASC  “Kommersiya kartları üzrə nağdsız ödənişlərin ən dinamik artımı” (for fastest growth of purchase volume in commercial cards) nominasiyasında Azərbaycanın  maliyyə sektorunun ən yaxşı bankı elan edilmişdir.

Tədbirdə “DəmirBank”-ın kommersiya kartları üzrə nağdsız ödənişlərin dövriyyəsində göstərdiyi dinamik artım VISA beynəlxalq ödəniş sisteminin MDB və Cənub-Şərqi Avropa üzrə baş meneceri Katarjina Sosin tərəfindən xüsusi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Ən sərfəli krediti almaq üçün müraciət et