DəmirBank Lider sistemi üzrə “Sevimlilərə sürpriz” adlı aksiya keçirir | Banco.az

DəmirBank Lider sistemi üzrə “Sevimlilərə sürpriz” adlı aksiya keçirir

DəmirBank Lider təcili pul köçürmə sistemi üzrə “Sevimlilərə sürpriz” adlı aksiya keçirir. Aksiya 27 may 2014-cü il tarixədək etibarlıdır.

Aksiyanın şərtlərinə görə Rusiyadan alınan hər pul köçürməsinə görə müştəriyə 1 manat dəyərində mobil danışıq kartı hədiyyə olunur.

DəmirBank-da həmçinin “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası keçirilir. Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et