Bravo, Expressbank! | Banco.az

Bravo, Expressbank!

Müştərilərinin maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinin qayğısında olan Expressbank ənənəyə sadiq qalaraq növbəti yeni aksiyanı təqdim edir.

Tək ölkəmizdə deyil, bütün Qafqazda ən böyük ticarət mərkəzlərindən biri olan Gənclik mall-da fəaliyyət göstərən Bravo super marketdə Expressbank-ın plastik kartları ilə ödəniş etmək iki qat sərfəlidir.

Belə ki, 1 noyabr – 30 noyabr tarixlərində Expressbank-ın istənilən Mastercard® və ya Maestro® kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini Bravo super marketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.

Amma bu son deyil!

Expressbank-ın plastik kart sahibləri  ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin bir hissəsini kartlarına geri aldıqlarından,  Bravo super marketində alış-veriş onlar üçün daha sərfəli olacaq.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxil ilə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.  Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Bravo, Expressbank

Ən sərfəli krediti almaq üçün müraciət et