Bankın müştəriləri planşet və smartfon qazandı | Banco.az

Bankın müştəriləri planşet və smartfon qazandı

Xəbər verdiyimiz kimi Expressbank bank kartlar üzrə Visa ilə birgə aksiya keçirir. Aksiyanın fevral ayı üzrə qalibləri müəyyən olunub. Expressbank-ın 2 müştərisi planşet və smartfon, 504 nəfər isə flash card qazanıb.

Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biləcəklər. Aksiya 20 mart 2015-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, müştərilər Visa Electron kartını 6 AZN, Visa Classic kartını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur. 

Ən sərfəli krediti almaq üçün müraciət et