Bankın Bərdə filialı istifadəyə verildi | Banco.az

Bankın Bərdə filialı istifadəyə verildi

Expressbank Bərdə şəhərində sayca 18-ci olan yeni filialın rəsmi açılış tədbirini keçirib. Yeni filial Bərdə şəhərində Heydər Əliyev prospekti 88A ünvanında yerləşir və müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri imkanlara malikdir.

Bankın filialında keçirilən tədbirdə Expressbank-ın fəaliyyəti, nailiyyətləri, eləcə də Bərdə filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat verilib, müxtəlif kredit məhsulları və sair xidmətlər üzrə maarifləndirici materiallar paylanılıb və suallar cavablandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

“Bu gün Expressbank sayca 6-cı regional filialını müştərilərin istifadəsinə verir. Bankın Bərdə filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir. Yaxın gələcəkdə bir sıra digər şəhərlərdə də filiallarımız açılacağı planlaşdırılır”, - deyə, Expressbank-ın İdarə Heyəti Sədrinin müavini Əli İmanov bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et