Bank VTB qiymətli metallarla əməliyyat aparılması üçün lisenziya aldı | Banco.az

Bank VTB qiymətli metallarla əməliyyat aparılması üçün lisenziya aldı

Mərkəzi Bank və Azərbaycan Respublikası Maliyyə Nazirliyi qiymətli metallarla əməliyyat aparılması üçün bank VTB (Azərbaycan)-a lisenziya verib. Verilən lisenziya əsasında bank qiymətli metalların cəlb edilməsi və yerləşdirilməsi, eləcə də alqı və satqısı üzrə əməliyyatları həyata keçirə biləcək. Belə ki, bank VTB (Azərbaycan)-ın müştəriləri metal hesabların, qiymətli metallarda əmanətlərin açılması xidmətindən istifadə etmək imkanı əldə edəcək. Bank qiymətli kağızlarla girovlu kredit məhsulu təqdim etmək, eləcə də külçə, xatirə və investisiya sikkələrinin alqı-satqısını reallaşdırmaq niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

“Bank VTB (Azərbaycan) hər zaman müştərilərinə keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Yaxın aylarda bank qiymətli metallarla bir sıra yeni məhsullar təklif etməyi planlaşdırır. Məlumdur ki, qiymətli metallar çox sərfəli sərmayə hesab olunur. Bu əmanətlərin qorunması və artırılmasının ən etibarlı üsuludur. Qiymətli metallarla əməliyyatlar müştərilərə vəsaitlərini mümkün risklərdən qorumağa imkan verir”, - deyə, bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç