Bank VTB-nin çağrı-mərkəzinə 50 minə yaxın müraciət daxil olub | Banco.az

Bank VTB-nin çağrı-mərkəzinə 50 minə yaxın müraciət daxil olub

Son dövrlərdə banklarımızda çağrı-mərkəzlərinin (call center) fəaliyyətinə diqqət xüsusi ilə artmışdır. Belə ki. əksər müştərilərin bank ilə ilk təması məhz çağrı-mərkəzindən başlayır. Müştəridə müsbət təəssürat yaratmaq, onun maraqlandığı məsələ ilə bağlı düzgün və ətraflı məlumat vermək, müştərinin müraciətindəki problemi həll etmək isə məhz çağrı-mərkəzi əməkdaşının üzərinə düşür. Müştərinin bank ilə sonrakı əməkdaşlığı məhz bu təmasdan başlayır.   

Bank  VTB Azərbaycanın çağrı-mərkəzinin fəaliyyəti də bu baxımdan təqdirə layiqdir. Bankdan verilən məlumata əsasən,  Bankın çağrı-mərkəzi (call center) fəaliyyətə başladığı dövrdən 47 mindən artıq müştərinin müraciətinə cavab vermişdir. Belə ki, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 39 679 zəng,  bankın rəsmi saytında olan onlayn-məsləhət xidməti vasitəsilə 6 133 müraciət və 1390-dan artıq onlayn-ərizə qeydə alınmışdır.  

Bankın saytındakı onlayn-məsləhət xidməti zamanı müştərinin müraciət qeydə alınır və daha sonra onun seçdiyi saatda və təqdim etdiyi nömrə üzrə çağrı-mərkəzinin əməkdaşı müştəri ilə əlaqə saxlayaraq, müraciətlə bağlı daha dolğun məlumat verir.

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzinin rəhbəri Ayaz Əhmədov redaksiyamıza bildirmişdir ki, çağrı-mərkəzi bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərir.  Novruz bayramı günlərində (martın 20-26-da) mərkəzə 400-dən artıq müraciət daxil olmuş, 100-dən artıq müraciətə bankın rəsmi saytında olan “onlayn-məsləhət” xidməti vasitəsilə baxılmışdı.

Çağrı-mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir. Bundan başqa, mərkəzdə “zəng sifarişi” xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı-mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir.

“Cari ildə mərkəz vasitəsilə aktiv satışların gerçəkləşməsini və hüquqi şəxslərlə aparılan işin genişləndirilməsini planlaşdırırıq”, - deyə Əhmədov əlavə etmişdir.    

Ən sərfəli krediti almaq üçün müraciət et