“Bank Technique”in premium VISA kartları sahiblərinə yeni imkanlar açır | Banco.az

“Bank Technique”in premium VISA kartları sahiblərinə yeni imkanlar açır

“Bank Technique”in premium VISA kart sahibləri, “VISA imtiyazlar dünyası” aksiyası çərçivəsində, yeni imtiyazlar eldə edirlər. Kart sahibləri paytaxtın bir sıra ticarət nöqtələrində 50 %-dək endirimlərdən faydalana bilərlər.

Belə ki, Bankın VISA Gold kart sahibləri 2013-cü ilin sonuna qədər “Elite Travel” turizm şirkətində, “Park Cinema” kinoteatrında, “Lilac” gül butikində, “МegaSun” şirkətində, “Segafrdo Zanetti” kafesində və “Game Center” əyləncə və istirahət mərkəzində endirimlər eldə edirlər.

Bankın VISA İnfinite kart sahiblərini isə ilin sonuna qədər “Diamond Club” və “Opera Lounge”restoranlarında, “Vitrage” qızıl məmulatları mağazasında, “Lilac” gül butikində, “Segafrdo Zanetti” kafesində və “STI Travel” şirkətində endirimlər gözləyir.

Bankın VISA Platinum kart sahibləri ilin sonuna qədər "Sumakh" və “O`ra Lounge” restoranlarında, “Paxlava” çay evində, “Ant Hill” zərgərlik butikində, “Park Cinema” kinoteatrında və “Game Center” əyləncə və istirahət mərkəzində endirimlərdən faydalana biləcəklər.

Aksiya çərçivəsində qeyd edilən bütün növ imtiyazlardan və bundan da əvvəl olan təkliflərdən faydalanmaq üçün ödənişi VISA premium kartları vasitəsi ilə həyata keçirmək kifayətdir.

Ən sərfəli kredit üçün müraciət et

Endirimlər barədə daha ətraflı məlumatı http://www.visapremium.com saytından əldə etmək mümkündür.

Həmçinin xatırladaq ki, “Bank Technique” və VISA ödəmə sisteminin birgə aksiyası çərçivəsində 20 dekabr 2013-cü il tarixinə kimi Bankın təklif etdiyi VISA Gold, VISA İnfinite və VISA Platinum premium kartlarını əldə edənlər “MyBrands” mağazalar şəbəkəsində alış-veriş edərkən 20% endirim qazanır.

Məlumat üçün:

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et