“Bank Technique”də müddətli əmanətlərin artım dinamikası rekord həddə çatıb | Banco.az

“Bank Technique”də müddətli əmanətlərin artım dinamikası rekord həddə çatıb

“Bank Technique” ASC-nin fiziki şəxslərin müddətli depozit portfelinin artım dinamikası bu ilin əvvəli ilə müqayisədə 66,7% artaraq, rekord həddə çatıb.

Bankdan daxil olmuş məlumata görə, 2013-cü ilin noyabr ayının 19-u tarixinə Bankda əhalinin müddətli əmanətlərinin ümumi həcmi 131,7 milyon təşkil edib ki, bu da cari ilin yanvar ayı ilə müqayisədə 52,7 milyon manat və ya 66,7% çoxdur. Əmanətçilərin sayı 62 700 nəfəri ötüb.

Qeyd edək ki, hazırda Bankda “Unikal”, “Standart”, “Yığım”, “Xeyriyyəçi”, “Multi-TEC”, “Duo-TEC”, “Smart”, “Şans”, “Tələbli” və “Uşaq” depozit növləri mövcuddur. Bu il ən çox artım 12 ay müddətli “Standart” depozit növü üzrə müşahidə olunur. Vətəndaşlar bu əmanət növünə, ümumilikdə, 56,9 milyon manat vəsait yerləşdiriblər.

“Bankın depozit portfelinin həcmi, təxminən, 67% artıb. Bu, Azərbaycan bankları arasında, ən yaxşı göstəricilərdən biridir. Əmanətlərin aktiv axını düşünülmüş faiz dərəcəsi siyasəti və əlverişli depozit proqramları hesabına təmin edilir”, - “Bank Technique”in İdarə Heyətinin üzvü Orxan Hüseynov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

 

 

 

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et