“Bank Technique” ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal üzrə turnir təşkil edir | Banco.az

“Bank Technique” ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal üzrə turnir təşkil edir

“Bank Technique”, əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş futzal üzrə turnirə start verir.

Yarışa “Bank Technique”in departamentləri, filialları, şöbələri və törəmə müəssisələri əməkdaşlarından ibarət, ümumilikdə 12 komanda qatılıb.

Turnirin şərtlərinə görə, komandalar püşk atma yolu ilə müəyyənləşən 2 qrupa bölünüb. Hər qrupda ilk 4 yeri tutan komanda dörddə bir finala vəsiqə qazanacaq və öz aralarında mübarizəni davam etdirəcəklər.

Oyunlar şənbə və bazar günləri Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 27, E. Məmmədov adına 21 saylı məktəbin stadionunda keçiriləcək. İlk oyun mayın 10-da, turnirin final oyunu isə iyunun 28-də oynanılacaq.

Qaliblər bank tərəfindən kuboklar, fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün:

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 31 filial və 22 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et