“Bank Technique” Milanda beynəlxalq mükafata layiq görülüb | Banco.az

“Bank Technique” Milanda beynəlxalq mükafata layiq görülüb

“Bank Technique” “Bank xidmətlərində mükəmməlik” (Excellence in Banking Services) nominasiyası üzrə nüfuzlu beynəlxalq IAIR Award mükafatına layiq görülüb.

Mükafat “Bank Technique”ə bank xidmətlərində yeni texnoloji həllərin tətbiqinə görə təqdim edilib ki, bu, ekspertlərin qənaətinə görə, müştərilərə vaxta və pul vəsaitinə qənaət etməyə imkan yaradır.

Qeyd edək ki, mükafat bu günlərdə İtaliyanın Milan şəhərində təşkil edilmiş təntənəli mərasim zamanı təqdim edilmişdir. Tədbir hər il Financial Times, Harvard Business Review və digər iri maliyyə nəşrləri ilə xüsusi əməkdaşlıq çərçivəsində və Avropa Komissiyasının himayəsi ilə keçirilir.

“Dünyada ən nüfuzlu mükafatlardan biri ilə təltif olunmamızdan qurur hissi duyuruq. Sevindirici haldır ki, “Bank xidmətlərində mükəmməlik” nominasiyasında IAIR mükafatı məhz Azərbaycan bankına, “Bank Technique”ə verildi. Bu mükafat bizi müştərilərimizə keyfiyyətli xidmət və yeni həllər təqdim etməyə daha da ruhlandıracaq”, - Bankın İdarə Heyətinin sədri Ülvi Mansurov mükafatın təqdimetmə mərasimində çıxış edərkən deyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, bank sektorunda “Bank Technique”dən əlavə IAIR Award ayrı-ayrı nominasiyalar üzrə Vnescheconombank (Rusiya), Deutsche Bank (Almaniya), HSBC (Böyük Britaniya), Garanti Bank (Türkiyə) və bir sıra digər iri banklara verilib. MDB məkanında mükafata yalnız Azərbaycan və Rusiya təmsilçiləri layiq görülüblər.

Ümumilikdə, “Bank Technique”in uğurları həm respublika, həmdə beynəlxalq müstəvidə qiymətləndirilir ki, təkcə bu il ərzində Bank müxtəlif nominasiyalar  üzrə 5 mükafata layiq görülüb. 

Ən sərfəli krediti almaq üçün müraciət et